SOCAR və xarici tərəfdaşları yeni yataqların işlənməsinə başlayır

OXUNUB: 824 İQTİSADİYYAT

"SOCAR xarici tərəfdaşları ilə birgə yeni yataq və sahələrdə işləri davam etdirir”. 

İcmal.Az xəbər verir ki, bunu 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, karbohidrogen ehtiyatları 350 mlrd. kubmetr qaz, 45 mlrd. kubmetr qaz həcmində qiymətləndirilən "Abşeron” yatağının işlənməsi layihəsi üzrə İnkişaf Proqramının bu ilin sonuna qədər yekunlaşdırılması qərara alınıb. Məlum olub ki, qazma işlərinə bu il, ilkin qaz hasilatına isə 2019-cu ilin sonunda başlanacaq:

"Ümid” yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 40 mln. ton kondensat həcmində qiymətləndirilir: 

"Hazırda yataqdakı kəşfiyyat və hasilat quyularından gündəlik 1 mln. tondan artıq qaz və 200 tona yaxın kondensat hasil olunur. Geoloji tədqiqatlar bu yatağın "Babək” strukturuna bağlı olduğunu göstərib”. 

Məlum olub ki, 2018-ci ildə "Babək” strukturunda kəşfiyyat işlərinə başlanacaq.

İcmal.Az

RƏYLƏR