Şok kadrlar: 3 gənc kamera qarşısında batdılar - VİDEO - FOTO

OXUNUB: 696 MARAQLI

Hindistanda üç gənc şəlalənin qarşısındakı göldə çimərkən boğulublar. Onlar çimməyə başlayanda mobil kameranı daşın üzərinə qoyaraq istirahətlərini çəkməyə başlamışdılar.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, videoçəkiliş sosial şəbəkələrdə sürətlə yayılır.

Olay Hindistanın qərbindəki Racastan ştatında, Racsamand şəhərinin yaxınlığındakı Qauri Dham Kundedə  yaşanıb.

29 yaşlı Çetan Hatik, 22 yaşlı Sudarşan Çandel və 27 yaşlı Radheyşam Hatikin boğulduğu anları kamera çəkib.

 

İcmal.Az

Şok kadrlar: üç gənc kamera qarşısında batdılar

RƏYLƏR