Şok kadrlar: hicablı qız müsəlman olduğuna görə döyüldü - VİDEO - FOTO

OXUNUB: 562 MARAQLI

Sən müsəlmansan, başında hicab var! Sevgilin də müsəlmandır! Al, gəldi!

Bunu deyən qadın polis yanında oturmuş hicablı qızın başına vurur.

İcmal.Az Times of India-ya istinadən bildirir ki, olay Hindistanın Uttar-Pradeş ştatında, Meerut şəhərində yaşanıb.

Şəhər küçələrindən birində iki gənci dayandıraraq döyməyə başlamışdılar. Onların "günah"ları oğlanın saqqallı, qızın isə hicablı olması idi. Hadisə yerinə çağırılmış polislər gəncləri saxlayıblar və polis idarəsinə aparıblar.

Maşın yolda olarkən polislər qızı təhqir etməyə, döyməyə başlayıblar.

Polis qadınlardan biri isə qızın başına vurub, sonra ona "Hicabı çıxar!" deyib.

20 yaşlı Priyanka adlı qız naçar qalaraq hicabı çıxarıb.

 

Olayın videosu sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub.

Maşındakı polislər vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıblar. Araşdırma başa çatanadək onlar işə çıxmayacaqlar.

Həmin polislər baş konstebl Saleka Çand, konstebl Netu Sinqh və polis nəfəri Seynserpaldır.

Meerut şəhər polisinin rəisi Praşant Kumarın dediyinə görə, insident çox ciddi şəkildə təhqiq olunur.

İcmal.Az

Şok kadrlar: hicablı qız müsəlman olduğuna görə döyüldü

RƏYLƏR