Şok kadrlar: it sahibini parçalayıb yedi - VİDEO

OXUNUB: 839 DÜNYA

Qəzəblənmiş rotveyler sahibinə hücum çəkib, onu yerə yıxıb və öldürəndən sonra parçalayaraq yeməyə başlayıb.

İcmal.Az Hindustan Times-a istinadən bildirir ki, olay  Hindistanın Haryana bölgəsindəki Panipat kəndində yaşanıb.

52 yaşlı Mani Ram çalışdığı fermaya yollanıb. O, Hardip Sinqh adlı iş adamına məxsus fermada gözətçi işləyirdi.

Darvazanı bağlayandan sonra Ram hər gün olduğu kimi, "Tayqr" adlı, rotveyler cinsindən olan köpəyi zəncirdən açaraq buraxıb.

Hirsli Tayqr da Rama hücum çəkib, onu yıxıb, öldürüb və sonra da parçalayaraq yeməyə başlayıb.

Hadisə yerinə gəlmiş polis 3 yaşlı Tayqrı sakitləşdirərək tutmağa 4 saat vaxt sərf edib.

 

Polisin dediyinə görə, it sahibini öldürəndən sonra tam bir saat onu gəmirərək yeyirdi.

İcmal.Az

Şok kadrlar: it sahibini parçalayıb yedi

RƏYLƏR