Şok kadrlar: körpə ölmüş anasını əmdi - VİDEO

OXUNUB: 955 DÜNYA

17 aylıq uşaq anasının öldüyünün fərqinə varmayaraq onun südünü əmib.

insident Hindistanın Madhya-Pradeş ştatındakı Damo şəhərində baş verib.

Polis vəfat etmiş qadının cəsədini dəmiryolunun kənarında tapıb.

Ağlayıb hıçqıran və anasının döşünü əmən uşağı polis hospitala müayinəyə aparıb.

Olayın şahidi, 27 yaşlı Monu Balmiki deyib: "Dəmiryol relslərinin yanında uzanmış qadını gördük. Ona yaxınlaşanda qadının öldüyünü anladıq və dərhal polisə zəng vurduq. Ölmüş anasını əmən uşağı görəndə isə ağladıq".

 

Hadisə yerinə gəlmiş polislərin komandiri, mayor Nend Ram da uşağı görəndə göz yaşlarını saxlaya bilmədiyini söyləyib.

"Qadının bədbəxt hadisə nəticəsində öldüyünü düşünürük. Araşdırma aparırıq, qadının kimliyini müəyyənləşdirməyə çalışırıq", - N.Ram deyib./milli

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şok kadrlar: körpə ölmüş anasını əmdi

RƏYLƏR