Şok kadrlar: məşhur model ad günündə güllələndi - VİDEO

OXUNUB: 45 DÜNYA
Braziliyada "Miss Barbye Marley" kimi tanınan populyar model Elayna Ferreyra Kampuş ad günündə qətlə yetirilib.

Qətllə bağlı 25 yaşlı Fernandu Fereyra da Silva, 23 yaşlı Rey je Souza Silvavə 22 yaşlı Qustavo Pereyra Kabral tutulublar.

Olay Braziliyanın Randoniya ştatındakı Ci Parana şəhərində yaşanıb.

"Uno Capital" adlı mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri olan sözügelən üç şəxs Eliana Ferreyra Kampuşdan öncə 26 yaşlı Edmundo Kristian Fereyranı və 18 yaşlı Paloma de Olivyera Guimarayş Xulionu güllələyiblər.

Qətllərin hamısı bir gündə, təxminən 10-15 dəqiqə fasilə ilə törədilib.

Polisdən verilən məlumata görə, qətlə yetirilən gənclər "Uno Capital"a rəqib bandanın üzvləri olublar. 24 yaşlı model isə həmin bandanın rəhbərinin sevgilisi idi.


 

İcmal.Az

RƏYLƏR