Şok kadrlar: səmada təyyarənin mühərriki dağıldı - VİDEO - FOTO

OXUNUB: 105 MARAQLI

ABŞ-ın "United Airlines" aviaşirkətinin UA1175 reysi ilə San-Fransisko şəhərindən Havay adalarının paytaxtı Honoluluya uçan Boeing 777 təyyarəsində insident yaşanıb.

 Boeing 777 təyyarəsi Honolulu hava limanından 36 dəqiqəlik məsafədə olanda onun sağ mühərrikindən parçalar qopmağa başlayıb.

Təyyarədə olan sərnişinlərdən biri, "Google UX" şirkətinin əməkdaşı Erik Həddad Twitter-dəki profilində olayın videogörüntülərini paylaşaraq yazıb: "Bu, çox təhlükəli və pis hadisə idi".

Təyyarə Honolulu hava limanına uğurla enib.

Enişdən dərhal sonra Boeing-ə xilasedicilər, texniki xidmət servisinin əməkdaşları və yanğınsöndürənlər üz tutublar.

 

"United Airlines" olayı təsdiqləyib və mühərrikin qapağının səmada qopub düşdüyünü bildirib./milli

İcmal.Az

Пассажиры United Airlines сняли на видео, как развалился двигатель

Пассажиры United Airlines сняли на видео, как развалился двигатель

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}