ŞOK: Türkiyədə erməni dilində telekanal yayıma başladı — TV-nin rəhbəri Ərdoğana təşəkkür etdi (VİDEO)

OXUNUB: 98 DÜNYA

Türkiyədə erməni dilində fəaliyyət göstərən "Luys TV" adlı ilk televiziya kanalı yayıma başlayıb. 


İcmal.Az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" dövlət agentliyi məlumat yayıb. 


Məlumatda qeyd olunur ki, "Luys TV" erməni jurnalist Aram Kuran tərəfindən yaradılıb. Telekanalda 70 faiz erməni, 30 faiz isə Türk dillərində verilişlər yayımlanacaq. 


"Luys TV"-nin Baş direktoru Aram Kuran "Anadolu" agentliyinə bildirib ki, sözügedən telekanalın yayım hazırlığı işinə 2 il öncə başlanılıb:


"Telekanalı quran zaman çox çətin yollardan keçdik. Bu çətin yolda bizə ən böyük dəstəyi cənab prezident Rəcəb Tayyib Ərdoğan verdi. Bu münasibətlə mən cənab Ərdoğana öz təşəkkürümü bildirirəm"./demokrat

 



 

RƏYLƏR