SON DƏQİQƏ: 99 YP 643 dövlət nömrə nişanlı ağır qəza törətdi - XƏSARƏT ALANLAR VAR

OXUNUB: 48 GÜNDƏM HADİSƏ
Ötən gün Gədəbəy rayonunda DYP avtomobili ilə ağır qəza törədilib.

99 YP 643 dövlət nömrə nişanlı yol patrul avtomobili Qaramurad kəndinin ərazində VAZ 2107 markalı, 05 BG 267 dövlət nömrə nişanlı avtomobili vurub, nəticədə "Jiquli” ciddi deformasiyaya məruz qalıb. O cümlədən yol patrul avtomobili əzilib. Qəza ilə bağlı hadisə şahidlərindən biri məlumat verib.

Məlumata görə qəza DYP avtomobilinin sürücüsünün günahı üzündən baş verib, belə ki, DYP avtomobili VAZ 2107-nin yoluna çıxıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir, lakin onların kimliyi barədə məlumat yoxdur. Bununla belə VAZ 2107 sürücüsünün Bədəlov Ruslan Şahniyar oğlu olduğu dəqiqləşib.

Qəzadan sonra hadisə yeri müayinə olunmamış hər iki avtomobil hadisə yerindən kənarlaşdırılıb.

Faktı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev də təsdiqləyib. Şöbə rəisi bildirib ki, hadisə 3 iyun 2019-cu il tarixində, saat 16:00-da, Gədəbəy- Novosaratovka avtomobil yolunun 16-cı kilometrliyində, Kiçik Qaramuradlı kəndi ərazisində baş verib.

R.Quliyevin bildirdiyinə görə, "Hundai İX35” markalı partul avtomobili "VAZ 21 07” markalı avtomobillə toqquşub: "Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar VAZ 21 07 avtomobilinin sərnişinləridir. DYP əməkdaşları hadisə nəticəsində xəsarət almayıblar. Hazırda faktla bağlı araşdırma aparılır” /virtualaz.org
7NEWS.az

RƏYLƏR