SON DƏQİQƏ: Aeroport yolunda ağır qəza: yaralılar var (VİDEO)

OXUNUB: 636 HADİSƏ
Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

7news xəbər verir ki, qəza zamanı "Daewoo” və "VAZ 2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Jiquli” aşıb. 

Hadisə nəticəsində "VAZ 2107”də olan iki nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib. Yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.

Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 
Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

RƏYLƏR