Son dəqiqə! Ağır xəstəlikdən dünyasını dəyişən Minanın bu arzusu ÜRƏYİNDƏ QALDI : "1 AY SONRA..."

OXUNUB: 857 ŞOU-BİZNES

Ötən gün axşam saatlarında Türkiyədə kliniki ölüm keçirən gənc aktrisa Mila Əminə vəfat edib. Bir müddətdir meningitdən əziyyət çəkən aktrisa əməliyyat üçün Türkiyəyə yollanıb . Bu gün günorta saatlarında süni nəfəs aparatından ayrılacağı bildirirlir. Anası Türkiyədə yaşadığı üçün orada dəfn olunacaq.

Mila Əminə son müsahibələrindən birində sentyabrda iki komediya filminə çəkiləcəyini vurğulamışdı.

Həmin müsahibədən kiçik bir hissəni təqdim edirik:

"Kölgə" serialına dəvət aldım və çox məmnuniyyətlə təklifi qəbul etdim. Maraqlı obrazdayam. Sevgili obrazdayam. Sevgilimin kim olduğunu soruşma, qoy bu izləyicilərimiz üçün sirr olaraq qalsın. Rejissorlar məni bu dəfə sevgili obrazında gördülər. Artıq 15-ci bölümdə etibarən məni o serialda görəcəklər. Sentyabr ayından isə iki komediya filmi gələcək. Bununla yanaşı yay fotosessiyaları da etdirməyi düşünürəm".

 

Həmçinin bəzən səhnələrə açıq-saçıq geyimlərdə çıxmasından danışan aktrisa bəzilərinə sərt ismarış da göndərib:

"Yox, mən açıq geyimlərimə görə nə sənətimdə, nə də şəxsi həyatımda problem yaşayıram. Çünki biz sənət adamıyıq, səhnə adamıyıq. Biz hər cür geyimlər geyinə bilərik. Daim səhnədə baxımlı və gözəgəlimli görünmək lazımdır. Gündəlik həyatda bu geyimlər təbii ki, geyinilmir. Biz səhnə adamları olduğumuz üçün daim belə geyinə bilərik. Bundan əlavə də bir neçə dəfə anlaşılmazlıq yaşanıb geyimlə bağlı. Geyimimdə sinə açıq idi, o bir az söz-söhbət yaratdı. Mən başa düşə bilmirəm, camaat ora-burasını açır qoyur bayıra, heç kim, heç nə demir. Mila sinəsini açan kimi sensassiya olur. Biz səhnədə gözəgəlimli görünmək üçün belə geyinirik"./Sonxəbər. az

 

İcmal.Az

RƏYLƏR