Son dəqiqə! Ağır xəstəlikdən vəfat edən Milanın həkimi bütün gizlinləri AÇDI - "Ailəsi yox imiş"

OXUNUB: 751 HADİSƏ

Gənc aktrisa Mila Əminənin ailəsi onun ölümündə 1 sayı Mərkəzi Klinik Xəstəxananın həkimlərini ittiham edir. Onlar iddia edirlər ki, həkimlər yaxınlarının icazəsi olmadan xəstəni əməliyyat ediblər.

 Bu iddialar səbəbilə Publika.az aktrisanı müalicə edən həkim Vaqif Baloğlanov ilə əlaqə saxlayıb.
Həkimin verdiyi məlumata görə, o, aktrisanı əməliyyat etməyib:
"Xəstə üzərində meningit xəstəliyi diqanozu qoyulması üçün lazım olan bütün prosedurları normal qayadada aparmışam. Bu qaydalar Dünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilib. Milli səhiyyədə həmin qaydalardan lazımi formada istifadə edir. Bu prosedura nevropotoloqun müayinəsi və diqanozu, baş-beyinin maqnit rezonans müayinəsi, döş qəfəsinin rentgen müayinəsi, göz dibinin müayinəsi, rembal funksiya-yəni onurğa beynindən mayenin götürülməsi prosesləri daxildir.
Xəstənin yaxınlarının qaldırdığı iddia isə tamamilə əsassızdır. Çünki xəstə bizə müraciət edərkən ailəsinin olmadığını demişdi. Bu həm də elə bir prosesdir ki, burada xəstənin yaxınlarından icazə almağa ehtiyac yoxdur. Çünki bu cərrahi əməliyyat deyil, xəstəliyin dəqiq diaqnozunun qoyulması üçün keçirilməsi vacib olan prosedurdur. Əgər mən bu proseduru həyata keçirməsəydim, xəstəliyin diaqnozunu qoya bilməyəcəkdim və müalicə prosesi gecikəcəkdi".
Həkim bildirib ki, xəstə müalicə prosesinə tabe olmurdu: "Xalası isə onu iki dəfə xəstəxanadan çıxarıb müalicəsini yarımçıq saxlatdırmışdı. Xəstə infeksion-reanimasion şöbədə toplamda 3 gün müalicə aldı. Daha sonra xalası tərəfindən məcburi çıxarıldı".
Gənc aktrisanın yaxınlarının Publika.az-a verdiyi məlumata görə, süni nəfəs aparatına qoşulan Mila Əminə bu gün saat 12.00-dan sonra aparatdan ayrılıb.

Qeyd edək ki, azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib.
Qohumlarının axşam.az-a verdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib.

 

İcmal.Az

RƏYLƏR