SON DƏQİQƏ! Anası vəfat edən Mehman Hüseynov azadlığa buraxıldı

OXUNUB: 1314 SOSİAL
Həbsdə olan bloger Mehman Hüseynov anasının yas mərasimində iştirak edəcək. 
İcmal.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "haqqin.az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu barədə Penitensiar Xidməti qərar çıxarıb.

Verilən qərara görə, Mehman Hüseynov anası Firəngiz Hüseynovanın dəfn mərasimində iştirak edəcək. O, bir neçə gün azadlıqda qalacaq.

Qeyd edək ki, Emin və Mehman Hüseynov qardaşlarının anası vəfat edib. Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib. Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
 

İcmal.Az

RƏYLƏR