SON DƏQİQƏ! Aparıcı Mətanətin sevənlərinə ÜZÜCÜ XƏBƏR

OXUNUB: 782 ŞOU-BİZNES
Aparıcı Mətanət Əliverdiyeva 106.3 FM–də aparıcısı olduğu "Boomerang” səhər şousundan ayrılıb.

İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb telekanaldakı işlərinin çoxluğu olub:

"5 gəlin”də işlərim çox oldu. Həm də format dəyişdik. Sentyabrın 10-dan efirdə olmalıyıq. Rayonlara gedirik, heç cür çatdıra bilmirdim. Gecə gec qayıdırıq, tezdən çəkilişlərdə oluruq. Kollektiv mənə görə oturub gözləyirdi, alınmır. Sırf "5 gəlin”də olacam. 

Bir də sentyabrın 9-dan "Qız atası” serialımız başlayır. Tam fərqli və daha maraqlı olacaq”.

Qeyd edək ki, "Boomerang" şousunu M.Əliverdiyeva ilə yanaşı Raqif Raufoğlu və Aytən Səfərova aparırdı. Bundan sonra proqramı Aytən və Raqif birlikdə təqdime dəcək.
 
 
İcmal.Az 

RƏYLƏR