SON DƏQİQƏ: Azərbaycanda daha bir yüksək vəzifəli məmur işdən azad edildi - RƏSMİ

OXUNUB: 1160 GÜNDƏM Seçilmiş Önəmli HADİSƏ
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov vəzifəsindən azad edilib.

7NEWS.az xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

O, bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi.

Həmin vəzifəyə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.

RƏYLƏR