Son DƏQIQƏ: Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Daşla dolu "KaMAZ" aşdı

OXUNUB: 1694 HADİSƏ
Salyanda yük avtomobili aşıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Dayıkənd kəndi ərazisində baş verib.

Belə ki, mişar daşları ilə dolu "KaMAZ” markalı maşın qarşısına çıxan "Şaqman” yük avtomobili ilə toqquşmadan yayınmaq istəyən zaman yolun kənarına aşıb. Qəza nəticəsidə xəsarət alan olmasa da avtomobilə ziyan dəyib və mişar daşları ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.
 

İcmal.Az

RƏYLƏR