Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.
BNEWS.azxəbər verir ki, qanunun 21-ci (Deputatın maddi
təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (indiyədək
2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub),Milli
Məclissədrinin müavini 2103 (indiyədək 1912.5 manat),Milli Məclisin
komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1
856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Qanuna əsasən,Milli Məclisin sədri onun birinci müavini və müavinləri,Milli
Məclisin komissiya sədrləri və onların müavinləri,Milli Məclisin
deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin
ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan
aylıq pul təminatı alırlar. Bu məbləğ nəzərə alınarsa, parlamentin sədri 3 min
712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik,Milli Məclissədrinin
müavini 3 min 154 manat 50 qəpik,Milli Məclisin komitə sədri 2 min 970
manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598
manat maaş alacaq.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.