SON DƏQIQƏ: Azərbaycanda sərnişin dolu avtobus aşdı - Xəsarət alanların vəziyyəti ağırdır

OXUNUB: 956 HADİSƏ
Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.
 
İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.
 
Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. 5 nəfər ağır xəsarət alıb. Yaralıların vəziyyəti ağırdır.

Faktla araşdırma aparılır. 
 
İcmal.Az

RƏYLƏR