SON DƏQİQƏ! Azərbaycanlılarla ermənilər arasında kütləvi dava : Yaralananlar var – VİDEO

OXUNUB: 1206 Özəl HADİSƏ

Moskvada "Ölümsüz alay” yürüşü zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib.

İcmal.Az salamnews-a istinadla xəbər verir ki, buna səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandırması olub.

Belə ki, soydaşlarımızın şifahi xəbərdalığına məhəl qoymayan ermənilər təxribatyönümlü əməllərindən əl çəkməyiblər və soydaşlarımıza qarşı hücum etməyə başlayıblar. Nəticədə iki tərəf arasında dava düşüb. Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Azərbaycanlılar tərəfdən xəsarət alanların olduğu bildirilir.

İcmal.Az

RƏYLƏR