SON DƏQİQƏ! Azersun qiymətləri qaldırdı: NARAZILIQ BAŞLADI

OXUNUB: 453 GÜNDƏM İQTİSADİYYAT
Nazim Bəydəmirli:"Əsas amillərdən biri isə gömrük orqanlarının bəyannaməmə qiymətini tətbiq etməsi və bu yolla yaradılan süni qiymət artımıdır”

"Təxminən 9 ay öncəyə qədər 4 manat 20 qəpiyə aldığım 2 litrlik "Möcüzə" günəbaxan yağı olub 9 manat 95 qəpik. 20-30 faiz artımı haradasa başa düşmək olar, amma 120-130% bahalaşma nə deməkdir?!”.
Bu sözləri jurnalist Süleyman Həmidov özünün "Facebook” hesabında yazıb. O, qısa müddət ərzində sözügedən ərzaq məhsulunun bu qədər çox bahalaşmasına etirazını bildirib. Qeys edək ki, Möcüzə Azərsun Holdinqin məhsuludur. Azerforum.com o yazını təqdim edir.
 
SON DƏQİQƏ! Azersun qiymətləri qaldırıb -
 
SON DƏQİQƏ! Azersun qiymətləri qaldırıb -
 
Qiymət artımını "Sherg.az”a şərh edən iqtisadçı - alim Nazim Bəydəmirlinin fikrincə, bunun xarici və daxili səbəbləri var:

"Ərzaq məhsullarının bir çoxu, o cümlədən günəbaxan yağlarının əksəriyyəti Rusiyadan idxal olunur. Məlum olduğu kimi, Rusiya qiymətləri stabil saxlamaqdan ötrü keçən ilin sonundan ixracı məhdudlaşdırdı. Və bu, Azərbaycanda da qiymət artımınına səbəb oldu.

Əsas amillərdən biri isə gömrük orqanlarının bəyannaməmə qiymətini tətbiq etməsi və bu yolla yaradılan süni qiymət artımıdır. Eyni zamanda nəzərə almalıyıq ki, daxili istehsal kifayət qədər deyil, enerji daşıyıcılarının qiyməti çox bahadır.

Həmçinin bazar iqtisadiyyatı inkişaf etməyib, sahibkarlığa məhdudiyyətlər qoyulur. Beləliklə, sözügedən qiymət artımı məsələləri gündəmə gəlir”.
 

RƏYLƏR