Son dəqiqə: Bakı Baş Gömrük İdarəsi rəisinin köməkçisi, şöbə rəisi və daha bir yüksək vəzifəli məmuru HƏBS OLUNDU - ÖZƏL, YENİLƏNİB

OXUNUB: 990 HADİSƏ
Bakı Baş Gömrük İdarəsində həbslər davam edir. 
 Bakı Baş Gömrük İdarəsi rəisi Kənan Məmmədovun köməkçisi Elnur Quliyev də saxlanılıb.

Xatırladaq ki, həbsləri Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsi həyata keçirir.

***

14:50

Bakı Baş Gömrük İdarəsində həbslər davam edir. 

Maliyyə şöbəsinin inspektoru Elnur Sadiqov da saxlanılıb.

***

13:48

Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs olunub. 

Təqribən 1 saat öncə  Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin Xüsusi prosedurlar şöbəsinin rəisi Aydın Eylazovu həbs ediblər.

Qeyd edək ki, dünən də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirmişdilər. Əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılmışdılar./Avropa.info

RƏYLƏR