Son dəqiqə! Bakının mərkəzində bu məşhur mağaza yanır - YENİLƏNİB

OXUNUB: 649 HADİSƏ

Bakının Neftçilər prospektində fəaliyyət göstərən mağazada baş verən yanğın söndürülüb.

İcmal.Az bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hadisə mağazanın mətbəxində başlayıb. İşçilər yemək hazırlayarkən ehtiyatsızlığa yol verib və nəticədə yanğın olub. Alov mağazanın digər hissəsinə də keçib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb. Hazırda yanğın söndürülüb.

Xatırladaq ki, hadisə Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində fəaliyyət göstərən "Dolce & Gabbana" mağazasında baş verib.

***

Bakıda məşhur mağazalardan birində yanğın baş verib.
İcmal.az musavat.com-a istinadən xəbər verir ki, Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən "Dolce & Gabbana" mağazasında yanğın başlayıb. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub.

Hadisə yerinə FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, mağazaya xeyli zərər dəyib. Həmçinin "Dolce & Gabbana" mağazasına bitişik obyektlərdə də evakuasiya işləri aparılır.

 

 

İcmal.Az

RƏYLƏR