SON DƏQİQƏ: 'Bank Of Baku' çökdü - FOTO

OXUNUB: 2623 Seçilmiş Önəmli Özəl İQTİSADİYYAT


Son bir ildə bank sektorunda baş verən iqtisadi böhran cəmiyyətdə birmənalı qarşılanmır. Son 2 devolvasiyadan sonra bank sektoru sözün əsl mənasında sadə vətəndaşların 'cibinə' girməyə başlayıb. 7NEWS.az redaksiyasına daxil olan şikayətlərin böyük bir qismi 'Bank of Baku' ilə bağlıdır. Müştərilər bu bankda xidmət səviyyəsinin aşağı olduğunu, bəzi xidmətlərin sadəcə insanları talamaqdan ibarət olduğunu deyirlər.

Redaksiyamızda daxil şikayətdə qeyd edilir ki, Atatürk prospektində yerləşən 'Bank Of Baku' filialında sistem tamamilə çöküb. Bir neçə saatdır ki, müştərilərə xidmət kustar üsullarla aparılır: Növbələr qələmlə yazılır, müştərilərə çöküşlə bağlı məlumat verilmir. Fotolardan da aydın olur ki, bankın monitorları da artıq sistem çöküşünü əks etdirməyə başlayıb.

 

 


 

 

İcmal.Az

RƏYLƏR