SON DƏQİQƏ: "Broker Əbülfəz"in başı dərddə: HƏBS OLUNDU?

OXUNUB: 5370 Özəl Seçilmiş Önəmli
"Trans Broker” MMC-nin rəhbəri, yağ məsulları və avtomobil hisslələrinin idxalınını monopoliyaya almış, qeyri-rəsmi milyarder Əbülfəz Məlikova cinayət işi açıla bilər.
 
Məlumata görə, bir müddət öncə ölkəni tərk edərək Moskvaya qaçan Məlikov məcburi şəkildə Bakıya gətirilib. Onun hazırda Bakıda olduğu deyilir. Amma ciddi nəzarət altındadır. Ölkədən çıxışına isə qadağa qoyulub. Məlikovla bağlı araşdırmaların başlanmasına səbəb isə onun Gömrükdə nəzarət etdiyi vaxtlar ciddi korrupsiya faktlarına yol verməsi və Kəmaləddin Heydərovdan böyük məbləğdə maliyyə vəsaitləri gizlətməsi olub.
 
Bununla yanaşı, Məlikovun öz biznesinin əhəmiyyətli hissəsini Rusiya paytaxtına köçürməsi də hakimiyyətdəki bəzi şəxslərin qəzəbinə səbəb olub. Bildirilir ki, Məlikovla bağlı araşdırmalar bitdikdən sonra ona cinayət işi açıla bilər və faktlar sübuta yetiriləcəksə, həbs olunacaq. Qeyri-iş günü olduğu üçün məsələ ilə bağlı hüquq mühafizə orqanlarından mövqe öyrənə bilmədik. Əbülfəz Məlikovla əlaqə saxlamaq isə ümumiyyətlə, mümkün deyil.
 
Məlikov mediaya qapalı şəxs olduğundan indiyə qədər heç bir media nümayəndəsi onunla əlaqə saxlaya bilməyib. Mövzunu diqqətdə saxlayacağıq./ arqument
 
İCMAL.az

RƏYLƏR