SON DƏQİQƏ: Bu məşhur azərbaycanlı dünyasını dəyişdi

OXUNUB: 703 HADİSƏ
Uzun illərdir ki, İngiltərədə yaşayan əslən Təbrizdən olan atom alimi Fəraməz Əkbərian dünyasını dəyişib. O, doğulduğu Təbriz şəhərində dəfn olunub. 

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
 
Fəraməz Əkbərian uzun illər İngiltərənin atom sənayesinin inkişafında elmi-tədqiqatalar aparan alimlərdən olub.  10 ilə yaxın idi ki, xəstəlikdən əziyyət çəkirdi. O, elmi fəaliyyəti ilə yanaşı, milli düşüncələri ilə tanınırdı. Həmişə İngiltərədə Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi.
 
Alimin həyat yoldaşı, İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova İngiltərədə Azəraycan diaspor fəaliyyətində və Ermənistan səfirliyi qarşısında keçirilən aksiyalarda fəallığı ilə seçilir./moderator.az
 
İcmal.Az
 

RƏYLƏR