SON DƏQİQƏ: ƏLİ HƏSƏNOVUN NƏVƏSİNİN QƏZAYA DÜŞMƏSİ XƏBƏRİ DÜZ ÇIXDI. NAİL AĞIR VƏZİYYƏTDƏDİR

OXUNUB: 24129 Seçilmiş Önəmli GÜNDƏM HADİSƏ

Bir neçə saat öncə Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzanın təfərrüatları bəlli olub

Saytımızın əldə etdiyi məlumata görə, hadisə nəticəsində öldüyü bildirilən baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəziyyəti ağırdır. Hadisə zamanı avtomobildən son anda atıldığı deyilir. Hal-hazırda xəstəxanada olduğu və əlinin yandığı bildirilir. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlasaq da, ətraflı məlumatının olmadığını bildirdi: "Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır". Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nail Allahverdiyevin ötən ayın 19-da toy mərasimi baş tutub. O, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir. 21 yaşlı Nail biznesmendir, eyni zamanda məşhur "Soho" klubun sahibidir./primetime

İCMAL.AZ

RƏYLƏR