SON DƏQİQƏ: Elşad Həsənovun restoranında jurnalistin qolunu qırdılar, telefonunu sındırdılar - FOTOFAKT

OXUNUB: 629 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Əziz Orucov bildirib. Onun sözlərinə görə "Dəyirman" restoranı Yasamal icra başçısı Elşad Həsənova məxsus olduğu iddia edilir: "Yasamal rayonu icra hakimiyyətinin başcısı Elşad Həsənova məxsus olduğu bildirilən "Dəyirman" restoranında canlı yayımla çəkiliş aparan jurnalist Əvəz Hafizliyə qarşı göstərilən təzyiq nəticəsində sağ əlində sümük sınığı və vətərlərində zədələnməsi baş vermişdir. Həmçinin, telefonu əlindən alınaraq sındırılmışdır. Məsələyə hüquq müdafiəçilərinin, jurnalistlərin, ictimai fəalların və eləcə də aktiv insanları biganə qalmamağa çağırıram"
Mövzunu diqqətdə saxlayacağıq.

7NEWS.az




<!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_bodytext_210929_011836_543.sdocx -->

RƏYLƏR