SON DƏQİQƏ: GORANBOY İCRA BAŞÇISI PREZİDENTİN AÇILIŞINI ETDİYİ STADİONU SÖKDÜRÜB ÖZ SANATORİYASINA DAŞITDIRIR – ŞOK İDDİA

OXUNUB: 3547 HƏFTƏLİK İCMAL Özəl HADİSƏ

7NEWS.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin adı növbəti qalmaqala qarışıb.

Demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Bunun da bəlli obyektiv və subyektiv səbəbləri var. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadırlar.

Pambıq planını toplaya bilməyən başçı faktiki yığılan məhsulu yandırtması ölkədə ciddi təşvişə səbəb olmuşdu. Redaksiyamıza daxil olan digər bir məlumatın isə sadcə bir adı var – BİABIRÇILIQ.

Məlumatda qeyd olunur ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev özünə Naftalanda sanatoriya inşa elətdirir. İnşaatda lazım olan tikinti materiallarını isə başçısı olduğu rayondan sökdürərək apartdırır.

Məsələnin heyrətləndirici tərəfi ondan ibarətdir ki, vaxtilə Prezident İlham Əliyevin açılışını etdiyi rayon stadionu indi hissə-hissə sökülərək başçısnın Naftalanada yeni inşa edilən sanatoriyasına aparılır. Bu dövlətə həm maddi, həm də mənəvi ziyandır. Gənclərin sağlam böyüməsinin qarşısını alan başçı həm də dövlət büdcəsi hesabına inşa edilən bir məkanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz şəxsi maraqlarına "xərcləyir”.

7NEWS.az stadionun son görüntülərini təqdime edir.




RƏYLƏR