Son dəqiqə! Günlərdir ölümü ilə ürəkləri parçalayan Mila ilə bağlı ŞOK QƏRAR - ORQANLARI...

OXUNUB: 829 ŞOU-BİZNES
Türkiyədə xəstəxanada beyin ölümü keçirən Mila Əminə ilə bağlı yeni xəbər var.
 
 Aktrisanın anası Mətanət Bayramovanın PrimeTime.Az-ın İstanbulda olan əməkdaşına verdiyi məlumata görə, Milanın orqanları ehtiyacı olan xəstələrə bağışlanacaq. M.Bayramova qızının sabah sünii nəfəs aparatından ayrılacağını deyib: "Onun bütün orqanları sağdır. Hazırda həkimlər orqanları qorumaq üçün xüsusi preparatlardan istifadə edirlər". Əldə etdiyimiz digər məlumata görə, Milanın xəstəxana xərcləri 150 min TL-ni keçib. Belə ki, xəstəxanada qalmağın bir gecəsi 4500 TL-dir. Həmçinin, Milanın Bakıdakı qohumları da xəstəxanadadırlar. Onu da bildirək ki, anası Bakıda aktrisaya məxsus olan evi satmağı planlaşdırır. Xatırladaq ki, gənc aktrisa Mila Əminə Türkiyədə miningitdən müalicə olunduğu xəstəxanada beyin ölümü keçirib. Aktrisanın ürəyi döyündüyü üçün onu bir neçə gün sünii nəfəs aparatında saxlayıblar.
 
 
İcmal.Az

RƏYLƏR