SON DƏQİQƏ: Göyçayda Məktəb direktoru intihara əl atdı - İCRA BAŞÇISINA GÖRƏ

OXUNUB: 4032 Özəl Seçilmiş Önəmli HADİSƏ

Göyçayda orta məktəb direktoru intihara cəhd göstərib.

İCMAL.az saytına daxil olan məlumata görə, 9 saylı orta məktəbin direktoru Akif Qəribov özünə qəsd edib. O, bu gün axşam saatlarında öz iş otağında damarlarını kəsib. Hadisədən xəbər tutan yaxınları dərhal onu Göyçay rayon xəstəxanasına çatdırıblar. Xəstənin koma vəziyyətində olduğu bildirilir.

Məlumata görə, A.Qəribovdan kimsə xeyli miqdarda rüşvət tələb edib. O da buna etiraz əlaməti olaraq, intihara əl atıb. Sakinlər rüşvət faktoruna görə, icra hakimiyyətinin başçısından şübhələndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


RƏYLƏR