SON DƏQİQƏ: Həbsxanada baş verən yanğın nəticəsində onlarla insan öldü (ÖZƏL)

OXUNUB: 608 GÜNDƏM DÜNYA
7NEWS.az xəbər verir ki, İndoneziyanın paytaxtında həbsxanada baş verən yanğında 40-dan çox məhbus həyatını itirib. 
İndoneziya paytaxtının kənarındakı Tangerang həbsxanasında onlarla adamın ölümü ilə nəticələnən güclü yanğın baş verib. 
Məlumata görə, yanğın səhər tezdən, məhbusların çoxu yatarkən başlayıb. Ən çox zərər görən həbsxana blokunda 122 nəfər yerləşirdi, tutumu isə 40-ı keçmir. Tangerangda saxlanılan cinayətkarların əksəriyyəti narkotik maddələrlə əlaqəli cinayətlərə görə saxlanılıb.
 
7News.Az

RƏYLƏR