SON DƏQİQƏ: Hökumət vətəndaşların kredit borclarını sildi

OXUNUB: 533 MARAQLI

Bu barədə 7NEWS.az məlumat verir.

Birləşmiş Ərəb Əmirliklərində hökumət vətəndaşlarının banklara olan borclarını ödəmək qərarına gəlib. Hökumət təmsilçiləri artıq 13 bankla danışıqları yekunlaşdıraraq, 361 milyon dirhəm (təxminən 98 milyon dollar) borcun silinməsi barədə razılığa gəlib.

Bizimyol.info xəbər verir ki, hökumətin borc öhdəliklərinin nizamlanması Fondunun komitə sədri Cabir Məhəmməd Əl-Süveydi bu barədə danışıb. O bildirib ki, kredit borclarının silinməsində məqsəd bütün vətəndaşlar üçün layiqli həyat şəraitini təmin etmək, sosial stabilliyi dəstəkləməkdir.

Əl-Süveydinin sözlərinə görə, bu addım həm də hökumətin cəmiyyətdə barış, səbr yaratmağa istiqamətlənmiş siyasi kursu ilə üst-üstə düşür.

Birləşmiş Ərəb Əmirliklərində "səbr ili” elan olunub.

2017-ci ilə qədər Birləşmiş Ərəb Əmirliklərində vergidən yayınmaq cinayət əməli sayılırdı. Daha sonra bu əmələ görə cəzanı yumşaltdılar. İndi orada vergi ödəməkdən boyun qaçıranlara ancaq cərimə tətbiq olunur.


RƏYLƏR