SON DƏQİQƏ: Hüseynbala Mirələmovun oğlu qəza törətdi, DYP onu gizlətdi- BİR QIZ ÖLÜB+FOTOLAR Edit

OXUNUB: 3069 Özəl Seçilmiş Önəmli HADİSƏ
Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Qəza zamanı 4 maşın toqquşub. İki "Mercedes”, "Opel” və "Range Rover” markalı avtomobillər zəncirvari qəza törədib. "Range Rover” yoldan keçən xanım piyadanı vurub, yaralı xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, hadisə "Bakı” kinoteatrı yaxınlığında baş verib. Hadisə şahidləri iddia edirlər ki, qəzanı törədən şəxs deputat Hüseynbala Mirələmovun oğludur. Belə ki, hadisə yerinə gələn DYP əməkdaşları tez maşının nömrəsini açıblar. Oğlanı isə hadisə yerindən başqa maşınla uzaqlaşdırıblar.
Xəbərdə deyilir ki, qəzaya səbəb yüksək sürət olub. İlkin məlumata görə hadisə nəticəsində 1 qız ölüb.
 Hadisə ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ilə əlaqə saxladıq.
 Vaqif Əsədov hazırda yanında şikayətçinin olduğunu əsas gətirərək danışa bilmədiyini dedi.
Kamran Əliyev isə birazdan zəng etməyimizi məqsədəuyğun bildi. Məlumatı dəqiqləşdirəcəyik.

 
İcmal.Az

RƏYLƏR