SON DƏQIQƏ: İki təyyarə havada toqquşdu, ölənlər var - VİDEO

OXUNUB: 1015 DÜNYA

ABŞ-ın Florida ştatında "Cessna 172” və "Piper PA-34” təyyarələri toqquşub. 

İcmal.Az xarici KİV-ə istinadla xəbər verir ki, toqquşmadan sonra hər iki təyyarə Mayami-Deyd bölgəsində yerə çırpılıb. 

Hadisə yerinə gələn xilasedicilər üç nəfərin cəsədini aşkar ediblər. 

Hər iki təyyarənin "Dean International” yay məktəbinə aid olduğu bildirilib. 

Məlumatlara görə, hər bir təyyarədə pilot və şagirdi olub. Ona görə də xilasedicilər dördüncü şəxsin cəsədini axtarırlar. 

Qəzanın baş vermə səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır. 

İcmal.Az

RƏYLƏR