SON DƏQİQƏ: Masazır məktəbində RƏZALƏT! İlk dərs günündə Şagirdlərimizi erməni havasına oynatdılar

OXUNUB: 34586 Seçilmiş Önəmli GÜNDƏM HADİSƏ

Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib.

Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.

ICMAL.az oxu.az-a istinadən xəbər verir ki, övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.

Maraqlıdır ki, müəllimin seçimi erməni bəstəkarı Ara Gevorqyanın "Artsax" kompozisiyası olub.

 

"Bu musiqiyə görə, məktəb rəhbərliyinə etiraz etsəm də, xeyri olmadı. Şagirdlər bu musiqi sədaları altında rəqs etdilər", - deyə valideyn yazıb.


RƏYLƏR