SON DƏQİQƏ: Metroda qəza: Qatar tunelin divarına çırpıldı - FOTO

OXUNUB: 579 HADİSƏ

Rusiya paytaxtında metropolitendə qatar tunelin divarına çırpılıb.

MK qəzeti qəza yerindən görüntüləri yayımlayıb.

Məlumata görə, "Planernoye” elektrodeposunda "Moskva” qatarı divarı dəlib. Toqquşma qatar saatda beş kilometr sürətlə hərəkət edərkən baş verib.

Mənbədən qəzetə bildirilib ki, qəzaya maşinistin "KTR” (rezerv əyləcə nəzarət) düyməsini basmağı unutması səbəb olub.

Hadisə nəticəsində zərər çəkən yoxdur.

 

 

7News.Az

RƏYLƏR