Son DƏQIQƏ: Milli parkında yanğın baş verib

OXUNUB: 544 DÜNYA

Kanadanın Saskaçevan əyalətində yerləşən Şahzadə Albert milli parkında yanğın baş verib. Havanın isti və güclü küləkli olması alovun yayılmasına şərait yaradır.

Hazırda yanğın təqribən 17 min hektar ərazini əhatə edib, alov yayılmaqdadır.

Yanğının söndürülməsinə Saskaçevan və Albert əyalətlərindən 125 xilasedici cəlb olunub, həmçinin Ontariodan da əlavə qüvvə göndəriləcəyi gözlənilir. Ən yaxınlıqdakı yaşayış məntəqəsi yanğın yerindən 40 km məsafədə, Vaskesiu gölü ətrafında yerləşir.

Qeyd olunur ki, mayın 4-də park əməkdaşları ərazidəki otlağı bizonlar üçün təmizləmək məqsədi ilə quru ağacları "nəzarət altında" yandırıblar. Lakin iki gündən sonra külək yanğını nəzarət altından çıxarıb./report

 

İcmal.Az

RƏYLƏR