SON DƏQİQƏ!"Niaqara" restoranı YANIR

OXUNUB: 4541 GÜNDƏM HADİSƏ

Yayılan məlumata görə, Bakının Səməd Vurğun küçəsində yerləşən "Niaqara" restoranında yanğın qeydə alınıb. 

Hadisəni dəqiqləşdirmək üçün Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yaratdıq. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, "Niaqara" restoranında qeydə alınıb. Restoranın mətbəxtindən çıxan boruda yığılıb qalan yağ qalıqları yanmağa başlayıb. Nəticədə qatı tüstüləmə olub.

Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır. /olke.az

İcmal.az

RƏYLƏR