SON DƏQİQƏ: Palata "Gilan Holding”i cəzalandırdı - MALİYYƏ ƏMƏLİYYATLARINA GÖRƏ

OXUNUB: 925 Özəl İQTİSADİYYAT

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin böyük holdinqlərindən biri "Gilan Holding” MMC-ni xarici valyuta əməliyyatları ilə bağlı nöqsana görə cərimələməsinin icrasına xitam verilib. 

7NEWS.az banker-ə istinadən xəbər verir ki, 17 iyul 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsində "Gilan Holding”i Palata 430.4-cü maddəsi ilə inzibati iş üzrə cərimələyibmiş. Məslə ilə bağlı şikayətə sabah Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Cərimə məbləğinin hansı valyuta və ya məbləğdə olunmasına dair heç bir detallar açıqlanmır.

Adıçəkilən məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxalı zamanı işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Gilan Holding” turizm, tikinti və sənaye sektoru üzrə bir neçə törəmə şirkətlərə sahibdir. Holdinq 2019-cu ilə qədər "AFB Bank” və "Azsığorta” kimi maliyyə qurumlarında əsas səhmdar idi.


RƏYLƏR