SON DƏQİQƏ: Prezident korrupsiyaya görə naziri vəzifəsindən qovdu - RƏSMİ

OXUNUB: 4993 DÜNYA
Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov ölkənin tikinti və memarlıq naziri Çarı Atayevi "işində yol verdiyi ciddi çatışmazlıqlara və özünü rəhbər kimi doğrultmadığına görə” vəzifəsindən azad edib.

Dövlət başçısı bu qərarını hökumətin 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş müşavirəsində açıqlayıb.

Müşavirədə çıxış etmiş İqtisadi Cinayətkarlığa qarşı Mübarizə Dövlət Xidmətinin başçısı Məmmətxan Çakıyev bildirib ki, Tikinti və Memarlıq Nazirliyi strukturunda korrupsiya cinayətləri halları aşkarlanıb.

Çakıyevin sözlərinə görə, bu cinayətlərdə nazirə yaxın adamların əli var və həmin insanlar nazir tərəfindən müxtəlif vəzifələrə təyin edilərək, nazirliyin sifarişi ilə tikinti işləri aparan özəl müəssisələrdən rüşvət alıblar.

Nazirin işdən qovulması barədə sərəncamı imzalayarkən Berdlməhəmmədov qeyd edib ki, "Türkmənistanda heç zaman rüşvətxorluğa yer olmayacaq” /Virtualaz.org 
 
İcmal.Az

RƏYLƏR