SON DƏQİQƏ: Qaradağ icra başçısı vəzifəsindən azad olundu?

OXUNUB: 10284 Seçilmiş Önəmli Özəl HADİSƏ
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yaxın günlərdə vzifəsindən uzaqlaşdırılacaq. 

İcmal.Az xəbər verir ki, bu barədə arqument.az saytı rayon İcra Hakimiyyətindəki mənbəyı istinadən məlumat yayıb. Bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı kimi tanınan icra başçısının dəbdəbəli həyatı və bir neçə gün öncə etdiyi bahalı nişan mərasimi onu hədəfə gətirib. 
Nəticədə yaxın günlərdə Mikayılovun vəzifədən azad edilməklə cəzalandırılacağı gözlənilir. Sərəncamın yaxın müddətdə veriləcəyini deyən mənbə bildirib ki, böyük ehtimalla Mikayılov yeni vəzifə təyinatı almayacaq.
AFN xatırladır ki, S.Mikayılov qızı Aysel Mikayilovaya bu günlərdə "Buta Palace”da xına mərasimi keçirib. Mərasimdə tanınmış şou ulduzları Aygün Kazımova, Tünzalə Ağayeva, Günay İbrahimli və Aşıq Samirə də iştirak edib.
Məclisdən çəkilən görüntülər sosial şəbəkələrdə və bir sıra KİV-lərdə paylaşılsa da, sonradan bir çoxlarından müəmmalı surətdə yoxa çıxdı. Görünən odur ki, həmin tədbir gerçəkdən başçı üçün başağrısına çevrilib.

Süleyman Mikayılovun vəzifədən uzaqlaşdırılması xəbəri yayıldı-

Süleyman Mikayılovun vəzifədən uzaqlaşdırılması xəbəri yayıldı-

Süleyman Mikayılovun vəzifədən uzaqlaşdırılması xəbəri yayıldı-
İcmal.Az

 

RƏYLƏR