SON DƏQİQƏ: Qüdrət Qurbanov biznesini Türkiyəyə köçürür

OXUNUB: 1856 GÜNDƏM Seçilmiş Önəmli HADİSƏ İQTİSADİYYAT

Dövlət Dəniz Administrasiyası rəhbəri haqqında çox ciddi iddialar

"Mediada hər zaman tənqidi baxımdan lider mövqelərini qoruyub saxlayan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov 2017-ci ilin sonlarında da "zirvədən” enmək niyyətində deyil. Məlumatlardan qurumun rəhbəri Qüdrət Qurbanovun və ətrafında qərarlaşanların Dövlət Dəniz Administrasiyasındakı əməlləri aydın olur.

Həmçinin onun geniş biznes fəaliyyəti ilə məşğul olduğu da məlumdur”. Bu sözlər rubrika.az saytında dərc olunan məqalədəndir. Yazıda deyilir: "Saytımıza daxil olan məlumatda bildirilir ki, baş verən son kadr dəyişikliklərindən sonra Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanov nəzarətindəki biznes sahəsini Türkiyə dövlətinə köçürtməyə başlayıb. Həmin məlumatda bildirilir ki, "Smart” MMC şirkəti vasitəsi ilə müxtəlif biznes sahələri quran Qüdrət Qurbanov qazandığı milyonları gələcəkdə itirməmək üçün biznesini Türkiyəyə köçürüb”.

Rublika.az saytına daxil olan məlumatda qeyd edilir ki, Qüdrət Qurbanov Türkiyədə də "Smart” MMC şirkəti adı altında əsasən turizm və otelçilik biznesinə girişib. Dəniz Adminstrasiyası rəhbərinin Türkiyədə biznesinə isə qardaşının nəzarət etdiyi deyilir.
Məlumatlara əsasən Dövlət Dəniz Adminstrasiyası rəhbərinin nəzarətindəki "Smart” MMC şirkəti 8 ildir fəaliyyət göstərir və bu şirkət hazırda ölkəmizdə turizmlə bərabər təmir-tikinti sahələri ilə də məşğuldur. "Smart” MMC şirkətinə Qüdrət Qurbanov keçmiş köməkçisi Ülvi Həsənov və qardaşı vasitəsi ilə nəzarət etdiyi deyilir.

Daha sonra məlumatlarda bildirilir ki, bir müddət əvvəl Qüdrət Qurbanov Ülvi Həsənovla aralaırnda yaranmış problemə görə köməkçisini vəzifədən azad edərək, şirkətədə olan nəzarətdən mərhum etmişdir.

Rubrika.az yazır ki, verilən məlumata görə Qüdrət Qurbanov onun şəxsi sirlərinin bilən Ülvi Həsənovu məcburən yenidən yanına gətirərək, ştatdan kənar köməkçisi təyin edib. Hazırda Qüdrət Qurbanova məxsus şirkətin Türkiyədə qurulması prosesinə şəxsən Dəniz Adminstrasiyasının rəhbərinin özünün nəzarət etdiyi bildirilir. Eyni zamanda Ülvi Həsənov Dövlət Dəniz Adminstrasiyası rəhbərinin ştatdan kənar köməkçisi olsa da, ona daha heç bir iş tapşırılmır.

Rubrika.az-a verilən məlumatda bildirilir ki, Ülvi Həsənovdan ehtiyat edən Qüdrət Qurbanov onu sadəcə yanında saxlayır. Həmçinin Ülvi Həsənovun adına olan biznes və obyektələrin onun adından çıxarılması üçün də işlər aparır. Buna baxmayaraq Qüdrət Qurbanovun Ülvi Həsənovdan tam qurtarması imkansız kimi görünür. Mənbə bildirib ki, Ülvi Həsənovun sahib olduğu bilgilər Qüdrət Qurbanovun ondan asanlıqla yaxa qurtara bilməyəcəyini qaranti edir. Buna görə də biznesini xilas edib Türkiyəyə köçürməklə məşğul olmasına baxmayaraq Qüdrət Qurbanov özünü Ülvi Həsənovun qarşısında çıxılmaz vəziyyətdə hiss edir.
Göründüyü kimi "korrupsiya nəhəngləri”nin cəzalandırılmasından sonra öz gələcəyindən narahat olan Qüdrət Qurbanov sərvətini xilas etmək çabasındadır. "DDA şefi Azərbaycanda bir məmurun maaşı ilə qazanmasının mümkünsüz olduğu milyonluq şirkətlərini bu yolla aradan çıxartmağa çalışır. Cənab prezident xaricdə yaşayan həmvətənlərimizi ölkəyə sərmayə qoymağa çağırdığı bir vaxtda dövlətin mühüm postunda əyləşən Q.Qurbanovun öz şirkətlərini və sərmayələrini xaricə daşımasına nə ad vermək olar? Yəqin ki, 2018-ci ilin soyuq küləkləri artıq indidən Dövlət Dəniz Admnistrasiyasında təlatümlərə , dalğalara səbəb olub. "Kapitan”ın narahatlıqları da bundadır yəqin…

Rubrika.az saytı mövzu ilə bağlı Dövlət Dəniz Admnistrasiyasına sorğu ilə müraciət edərək münasibət açıqlanmasını xahiş edib. Lakin, DDA mətbuat xidməti, konkret olaraq Tural Müseyibli heç bir açıqlama verməyəcəyini, sorğu ilə tanış olmadığı halda belə ona münasibət bildirməyəcəyini qeyd etdi.

RƏYLƏR