SON DƏQİQƏ: Sabirabadda 7 pambıqçı qadın FACİƏLİ ŞƏKİLDƏ HƏLAK OLDU - FOTOLAR+YENİLƏNİB

OXUNUB: 4421 Özəl Seçilmiş Önəmli
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 
İCMAL.az-ın məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusu aşaraq kolektora düşüb,  nəticəsində 7 nəfər ölüb. 

 
Dünyasını dəyişənlərin hamısı qadınlardır. 

Qeyd edək ki, ölən qadınlar pambıq becərməyə gedirmiş.
 
***
Xəbər verdiyimiz kimi, Şəhriyar kəndində traktorun qoşqusu aşaraq su kolektuna düşüb, nəticəsində 7 nəfər ölüb. Dünyasını dəyişən qadınlar pambıq becərməyə gedirmişlər.

BNEWS.az-ın unikal.org-a istinadən əldə etdiyi məlumata görə hazırda Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov, rayonun polis rəisi, rayonun prokuroru və digər vəzifəli şəxslər hadisə yerindədir.

BNEWS.az-a daxil olan məlumata görə Sabirabad icra başçısı pambıqçılığın inkişafı ilə bağlı ayrılan vəsaitləri başqa istiqamətlərə xərcləyirmiş. Nəqliyyat xərclərini əvvəlcədən mənimsəyən məmurlar pampıçılığa gedən işçiləri də kartof kimi istismarı bitmiş nəqliyyatlarla daşıdırmış. 
Məlumatı diqqətdə saxlayacağıq. 
BNEWS.az




RƏYLƏR