Son DƏQIQƏ: Stadionda oyun zamanı PARTLAYIŞ: 8 nəfər öldü - FOTO

OXUNUB: 954 DÜNYA

Əfqanıstanın şimal-şərqində stadionda baş vermiş partlayışlar nəticəsində 8 nəfər ölüb, 45-i yaralanıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə Nanqahar əyalətinin Celalabad şəhərindəki arenada kriket matçı zamanı yaşanıb. Görüş Ramazan ayını qeyd etmək məqsədilə keçirilib. Ölənlər arasında yarışın təşkilatçısı və Mehtarlam şəhər merinin müavini də var.

"Taliban" qruplaşması partlayışda istənilən formada iştirakını inkar edib.

 

Qeyd edək ki, daha əvvəl Əfqanıstanın şərqindəki Host əyalətindəki məsciddə partlayış nəticəsində 10 nəfər ölüb.

İcmal.Az

Stadionda oyun zamanı PARTLAYIŞ: 8 nəfər öldü - FOTO

RƏYLƏR