SON DƏQİQƏ: Sumqayıtda partlayış olub: yaralılar var

OXUNUB: 728 HADİSƏ
Bu gün səhər saatlarında Sumqayıt şəhərinin "Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.

7news.az-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsindən "Azərtac"a bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədovayanıq xəsarətləri alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.

Faktla bağlı polis idarəsində araşdırma aparılır.

RƏYLƏR