SON DƏQİQƏ!!! Tanınmış güləşçi öldürüldü - Cəsədi kəndin yaxınlığından tapıldı

OXUNUB: 4139 HADİSƏ
Rusiyanın tanınmış güləşçisi Yuri Vlasko öldürülüb.
İCMAL.AZ publika.az-a istinadən xəbər verir ki, 20 yaşlı idmançının cəsədi Baykal gölünün sahilində yerləşən Qoryaçinska kəndinin yaxınlığında tapılıb. Meyidin üzərində zorakılıq əlamətləri olub.
Polis hadisəylə bağlı araşdırmalara başlayıb.
Vlasko sərbəst güləş üzrə beynəlxalq dərəcəli idman ustası idi. O, dəfələrlə beynəlxalq yarışlarda mükafatlar qazanıb. Vlasko 96 kq çəki dərəcəsində güləşirdi.

RƏYLƏR