SON DƏQİQƏ! Yataqxanada DƏHŞƏTLİ YANĞIN: 6 nəfərin VƏZİYYƏTİ...

OXUNUB: 625 HADİSƏ
Ötən gecə Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Hadisə şəhərin 43-cü məhəlləsində Ağa Quliyev küçəsində yerləşən və məcburi köçkünlər və qaçqınların məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə qarnizonunun 4 ədəd yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Bina sakinləri təxliyyə edilib. Yanğın nəticəsində 4-cü mərtəbədə 2 paqonometr elektrik kabel xətti və 5 kvadratmetr sahədə taxta dolab üzərində geyim əşyaları yanıb.

Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 5 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfər qadın isə xəstəxanada saxlanılıb.
Qeyd edək ki, xəstəxanaya aparılanlar 1980-cı il təvəllüdlü Əsgərov Ənvər Rövşən oğlu, 1971-ci il təvəllüdlü Cavadov Cavad Oruc oğlu, 1984-cü il təvəllüdlü Ələsgərov Taleh Piriş oğlu, 1971-ci il təvəllüdlü Səfiyeva Təranə Seyfəddin qızı, 1973-cü il təvəllüdlü Mikayılov Yaqub Tofiq oğlu və 1968-ci il təvəllüdlü, hazırda xəstəxanada müalicə olunan Bayramova Ağgül Mayıl qızıdır. Hadisənin baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Xatırladaq ki, bu, sözügedən yataqxanada ilk yanğın hadisəsi deyil.
Məlumat üçün bildirək ki, son iki ayda yataqxanada artıq 3-cü dəfədir ki, yanğın baş verir./xeberle.com

İcmal.Az

RƏYLƏR