Şort geyindiyi üçün döyülən qız danışdı - Video

OXUNUB: 766 DÜNYA

Türkiyənin İstanbul şəhərində üniversitet tələbəsi 21 yaşlı Asena Melisa Sağlama hücum olub.

Ərcan Qızılatəş adlı şəxs şort geyindiyi üçün Asenanı döyüb və bu sözləri deyib:

"Ramazan ayında belə geyinmək olar? Utanmırsan? Qadınların belə geyinməsi nəfsimi təhrik edir".

Asena Melisa Sağlam üzləşdiyi zorakılıqla bağlı mətbuata danışıb. O, bildirib ki, döyülməzdən öncə geyimilə bağlı Ərcan Qızılatəşlə mübahisə edib və bu zaman sərnişinlər oğlana dəstək veriblər. Hətta döyüldüyü vaxt da kənardakılar qıza kömək etməyiblər.

İcmal.Az

 

 

 



RƏYLƏR