“Sosial Mediada gənclərin fəaliyyətinin qurulması” adlı seminar həyata keçirəcək

OXUNUB: 923 QHT

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 26 dekabr, 2017-ci il tarixində saat 15:00 – da Etika Akademiyasında (Nərimanov rayonu, Həsənoğlu 8 küçəsi) "Sosial Mediada gənclərin fəaliyyətinin qurulması” adlı seminar həyata keçirəcəkdir.
Seminarın əsas məqsədi gənclərin sosial mediada asudə vaxtının səmərli təşkili və istiqamətləndirilməsi, Azərbaycan həqiqətlərinin sosial media vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında gənclərin məlumatlandırılmasıdır.
Seminarın interaktiv keçirilməsi nəzərdə tutulmuşdur. Seminarda təlimçilər "Xalq” qəzetinin müxbiri Əfsanə Ələsgərli, "Palitra” qəzetinin müxbiri Fuad Hüseynzadə olacaqdır.

AGAT maraqlananları tədbirə dəvət edir.Seminarda iştirak etmək istəyənlər [email protected] ünvanına təsdiq məktubu göndərə bilərlər.

RƏYLƏR