“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik edilib

OXUNUB: 1269 index-manşet SOSİAL

Prezident İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

7NEWS.az-ın məlumatına görə, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında  aşağıdakı dəyişikliklər edilib: 

1.1. 1.1.1-ci yarımbənddə "73” rəqəmləri "130” rəqəmləri ilə əvəz edilsin;

<iframe class="adviad-resize" style="box-sizing: border-box; width: 720px; margin: 0px !important; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; padding: 0px !important; display: block !important;"></iframe>

 

1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.5. 1.1.5-ci yarımbənddə "82” rəqəmləri "150” rəqəmləri ilə əvəz edilsin;

1.6. 1.1.6-cı yarımbənddə "68” rəqəmləri "80” rəqəmləri ilə əvəz edilsin;

1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;

1.8. 1.1.8-ci yarımbənddə "68” rəqəmləri "100” rəqəmləri ilə əvəz edilsin;

1.9. 1.1.9-cu yarımbənddə "61” rəqəmləri "100” rəqəmləri ilə əvəz edilsin;

1.10. 1.1.11.2-ci yarımbənddə "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.11. 1.2.2-ci yarımbənddə "109” rəqəmləri "200” rəqəmləri ilə əvəz edilsin;

1.12. 1.2.3-cü yarımbənddə "146” rəqəmləri "300” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.


RƏYLƏR